Xorvatiya çempionatında XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" da növbəti matçına çıxıb.
Split komandası səfərdə "Zaqreb"lə qarşılaşıb. Matç "Hayduk"un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan matçın 79-cu dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Hayduk" 26 turdan sonra 37 xalla turnir cədvəlnin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az