Rüfət Dadaşov qol vurdu, komandası 7:0 qazandı

Rüfət Dadaşov qol vurdu, komandası 7:0 qazandı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern II" "Pfullendorf"u qəbul edib.
Regional Liqanın "Cənub-Qərb" zonasında keçirilən oyun Rüfətin komandasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü 51-ci dəqiqədə Jan-Lukas Dorovun yerinə meydana çıxıb. Dadaşov 65-ci dəqiqədə "Pfullendorf"un qapısına yol taparaq 5:0-a çatdırıb
Qeyd edək ki, "Kayzerslautern II" 5 oyundan sonra 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər