Rüfət alman klubunda qol vurdu

Rüfət alman klubunda qol vurdu
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov hələ də özünə yeni klub tapmayıb. Fanat.az xəbər verir ki, o, yenicə Almaniyanın "Germaniya Halberştadt" klubuna baxışa yollanıb.
Dadaşov artıq bu komandanın "Vesterhauzen"lə yoxlama görüşündə də iştirak edib. Qarşılaşma futbolçumuzun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Beşinci qolu məhz Rüfət vurub. O, matçın 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər