"Qaret Beyl nə zaman zəif oynasa, azarkeşlər onun üçün ödənilən 100 milyon avronu xatırladacaq ki, bu da çox normaldı". Fanat.az xəbər verir ki, bu sözləri "Real"ın və Braziliya yığmasının sabiq üzvü Ronaldo deyib.
Əfsanəvi futbolçu Beylə məsləhət verib: "Beylə verə biləcəyim yeganə məsləhət klubun onun üçün ödədiyi məbləği xatırlamamasıdı".
Ronaldo 57 milyon avroya "Barselona"ya keçən həmyerlisi Neymarla bağlı da danışıb: "Avropa və "Barselona"da oynamaq Neymarın xeyirinədi. O, İspaniyada çox şey öyrənəcək. Messi ilə işləmək Neymarı daha yaxşı oyunçuya çevirəcək".
Fanat.az