"Real"ın ulduzu Ronaldo Kriştiano sosial şəbəkədə bu dəfə türk modelə kompliment yazıb. Fanat.az xəbər verir ki, "Instagram"da paylaşdığı şəkilləriylə Türkiyədə fenomenə çevrilən Cansu Taşkın Ronaldonun da diqqətini çəkib.
27 milyon izləyicisi olan ulduz futbolçu model-aktrisaya “Instagram”da təriflər yağdırıb və modeli İspaniyaya dəvət edib.
Qeyd edək ki, bir müddət öncə aktrisa Margot Robbienin 4 fotosunu birdən bəyənən Ronaldo sonra ABŞ-da modellik edən Meredit Mikelsonaya heyranlığını bildirmişdi.

Fanat.az