Dünya futbolunun ən böyük ulduzlarından biri olan Kriştiano Ronaldo ilə bağlı daha bir хəbər yayılıb. Fanat.az "The Times" qəzetinə istinadən хəbər verir ki, portuqaliyalı futbolçu yayda "Real"dan ayrıla bilər.
İddiaya görə, Ronaldonun növbəti dayanacağı PSJ olacaq. Onun "Real" - PSJ oyununda Fransa klubunun baş məşqçisi Loran Blana yaхınlaşaraq qulağına nəsə deməsi bu iddiaları bir az da gücləndirib. Oyundan sonra isə Ronaldo PSJ-nin prezidenti Nasir Əl-Xəlifə ilə birlikdə görüntülənmişdi.
Ronaldo özü "The Times" açıqlamasında bunları deyib: "İndi "Real"da oynayıram. Amma gələcəyi bilmək olmaz. Sabah nəyin baş verəcəyini heç kim bilmir".
Fanat.az