Rəhim Həsənov Avropada: 1 "qırmızı", 5 "sarı"

Rəhim Həsənov Avropada: 1 "qırmızı", 5 "sarı"
Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasında ədaləti qoruyub.
Hakimlərimiz "Düdelanj" (Lüksemburq) - UCD (İrlandiya) matçını idarə edib. Oyun meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi başa çatıb. İlk matçda 1:0 hesablı qələbə qazanan irlandlar səfər qolu sayəsində mərhələ keçib. 
Rəhim Həsənov qonaq komandadan Sean Koyneni 28-ci dəqiqədə meydandan qovub. Referi meydan sahiblərindən 3, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, Rəhim Həsənovun köməkçiləri Namiq Hüseynov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər