Sentyabrın 7-də Ramat Qanda millimizi qəbul edəcək İsrail yığmasının oyununa baxmağa gələnlər matçdan öncə konsertə tamaşa edəcəklər.
Fanat.az xəbər verir ki, yəhudi azarkeşlər ölkələrinin dövlət himnini məşhur yerli müğənni Şlomi Şabat və oğlu Avitu Şabatın ifasında dinləyəndən sonra qarşılaşmanın start fiti səsləndiriləcək. Bu, İsrail Futbol Federasiyasının tribunalara daha çox tərəfdar toplamağa hesablanmış addımıdı.
Fanat.az