Dünən keçirilən "Qarabağ" - AZAL oyunundan sonra Nikolas Gelaşvili ilə bağlı sual meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovu özündən çıxarıb. Fanat.az xəbər verir ki, baş məşqçi gürcü futbolçunun zəif oynaması barədə fikirlərlə razılaşmadığını bildirib.
"Gelaşvili bu gün yenə meydanda idi və qol vura bilmədi. Bu inadın səbəbi nədi" sualına Qurbanovun cavabı belə olub: "Artıq beşinci dəfədi bu sual verilir. Mən bir şey bilirəm ki, onu meydana buraxıram. O, çempionatda iki qola imza atıb, amma elə hücumçular var ki, hələ də qol vura bilməyib. Siz belə yazdıqda bu, oyunçunun psixoloji durumuna da təsir edir. Siz onu məndən yaxşı tannıya bilməzsiniz. Hər bir futbolçunun uyğunlaşma müddəti müxtəlif olur".
Baş məşqçi Admir Telini oynatmamasının səbəbini də açıqlayıb: "Teli zədəli deyildi. Sadəcə Bədavi Hüseynova şans vermişdim".
Fanat.az