Qurban Qurbanov: "Mütləq erkən qol vurmalıyıq"

Qurban Qurbanov: "Mütləq erkən qol vurmalıyıq"

"İlk oyundakı məğlubiyyətə baxmayaraq, Almaniyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Bizim üçün belə bir komanda ilə, bu cür arenada oynamaq çox xoşdu. Yaxşı oyun göstərmək istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.Baş məşqçi "Ayntraxt"la oyundan öncə Frankfurtda keçirdiyi mətbuat konfrasında meydan sahiblərinin daha şanslı olduğunu etiraf edib: "Ayntraxt"ın şansları daha yüksəkdi. Amma biz də yaxşı oyun sərgiləməyə çalışacağıq. Sona qədər mübarizə aparacağıq. Bundesliqa Avropanın ən güclü çempionatlarından biridi. Çempionlar Liqasının sonuncu finalında iki Almaniya klubunun üz-üzə gəlməsi təsadüfi deyildi. Bundesliqanı bizim Premyer Liqa ilə müqayisə etmək də olmaz. "Ayntraxt" oyundan-oyuna daha da artırır. Deməli, öz oyunlarını tapıblar". Qurbanov rəqibin fanatlarından da danışıb: "Bizim üçün həm də ona görə çətin olacaq ki, belə güclü azarkeş ordusu qarşısında oynayacağıq. Lakin layiqli futbol sərgiləmək üçün hazırıq. "Ayntraxt"a qarşıdakı oyunlarında uğurlar arzulayıram. Dortmund "Borussiya"sı ilə oyundan sonra biz onlara simpatiya bəsləyirdik, hər oyunlarını izləyirdik. Bundan sonra "Ayntarxt"ın da oyunları ilə eyni şəkildə maraqlanacağıq". "Qarabağ"ın çalışdırıcısı Almaniyaya səfərlə bağlı yaranan problemə də toxunub: "Bizim bəlli proqramımız var idi. Almaniyaya əslində ötən gün gəlməli idik. Amma elə alındı ki, biz yolda doqquz saat keçirməli olduq. Əlbəttə, bu, psixoloji cəhətdən futbolçularımıza təsirsiz ötüşməyə bilməz. Amma ümid edirəm ki, oyuna qədər hər şey qaydasına düşəcək".İlk oyunu xatırlayan Qurbanov bu sözləri deyib: "Bakıda biz fərqlənə bilərdik. Amma ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Futbolda hamı qol vurub, buraxmamağa çalışır. Bu dəfə necə olacaq, bilmirəm. Lakin mütləq erkən qol vurmalıyıq. İlk oyundakı məğlubiyyətə baxmayaraq, "Qarabağ"ın Almaniyada da azarkeş dəstəyindən məhrum olmayacağına ümid edirəm. Onların stadiona gəlib bizi dəstəkləməsini istəyirəm".Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər