Qurban Qurbanov AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi oyunçularından narazılıq etməyib.
"Bizim üçün ağır oyun oldu. Son 5 gün bizim üçün ağır keçdi. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadı. Oyunçularıma heç nə demirəm, nə lazımdısa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. Rəqib bizə oynamağa imkan vermədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq çətin idi. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
Fanat.az