"Çelsi"nin yeni transferi Villian klubun rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu Joze Mourinyoyla işləyəcəyi üçün həyəcanlı olduğunu dilə gətirib.
25 yaşlı futbolçu xəyallarının həyata keçdiyini bildirib: "Mən həmişə "Çelsi"ni izləyirdim. Əlimə fürsət düşən kimi Londona gəlib ev oyunlarına baxırdım. Mənə bu komandadan təklif gələndə keç kimi dinləmədim və qəbul etdim. Mourinyo ilə işləmək başqa bir hissdi, buna görə həyəcanlıyam".
Qeyd edək ki, Villian 37 milyon avroya "Anji"dən transfer olub.