Yayda “Simurq”dan ayrılan Zdravko Popoviçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, xorvat hücumçu bundan sonra Yunanıstan AEK-inin uğurları üçün tər tökəcək.
Forvard afinalılarla ikillik anlaşma imzalayıb. Ötən mövsüm “Simurq”da 6 qol vuran futbolçu gələcəkdə müqaviləsinin müddətini daha 1 illiyə uzatmaq ixtiyarındadı.
Qeyd edək ki, AEK ötən mövsüm maliyyə böhranına üzündən tarixində ilk dəfə elitadan düşüb. 11 dəfə Yunanıstan çempionu olmuş Afina təmsilçisi III dəstədən mübarizəyə başlayacaq. Bu liqada həvəskar komandalar mübarizə aparır.
Fanat.az