"Simurq" Gürcüstana gedir

"Simurq" Gürcüstana gedir
Dünən Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə "İnter" üzərində əzimkar qələbə qazanan "Simurq" məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədəar çempionatda yaranmış fasiləyə görə, Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək. 
Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirdəcək. Ancaq Georgi Çixradenin yetirmələrinin rəqibi kim olacağı hələ məlum deyil.
Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətdə bir araya gələ biləməyəcək. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak edə bilməyəcək. "Sarı-qaralar" senytabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər