"Şeytan" olmadılar

"Şeytan" olmadılar
Bütün transfer dövrlərində olduğu kimi bu yayda da bir sıra məşhur futbolçunun adı "Mançester Yunayted"lə yanaşı çəkildi. Lakin onların heç bir "qırmızı şeytanlar"la anaşa bilmədi. Bəzilərinin transferini klub həyata keçirməyi bacarmadı, bəziləri isə ümumiyyətlə Premyer Liqa təmsilçisinin maraq dairəsində deyildi. Yəni sadəcə mətbuatın yaydığı sıradan dezinformasiyalar idi. 
İngiltərə mətbuatı bu yay adı "Mançester Yunayted"lə yanaşı çəkilən futbolçuların siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik.
Tiaqo Alkantara: "Bavariya" daha erkən davrandı və futbolçunu heyətinə qatdı.
Leyqton Baynes: "Everton" "Mançester Yunayted"in təklif etdiyi məbləğlə razılaşmadı.
Qaret Beyl: Uelsli futbolçu uşaqlıq arzusu olan "Real"a getdi.
Fabio Koentrao: "Transfer pəncərəsinin son günündə sənədləşmə işləri gecikdiyindən keçid baş tutmadı və futbolçu "Real"da qaldı.
Daniel De Rossi: "Roma"dan ayrılmaq istəmədi.
Kesk Fabreqas: "Barselona"da xoşbəxt olduğunu deyərək İngiltərəyə qayıtmadı.
Ezekuel Garay: "Mançester Yunayted" onunla maraqlansa da, baş məşqçi David Moyes transferə veto qoydu.
Ander Herrera: "Qırmızı şeytanlar" onun üçün tələb olunan 36 milyon avronu ödəmək istəmədi.
Kriştiano Ronaldo: "Mançester Yunayted" sabiq üzvünü geri qaytarmaq üçün çox çalışdı, amma "Real" portuqaliyalı ulduzunu buraxmadı.
Sami Kedira: Transfer pəncərəsinin son günündə "Real"a 40 milyon avro təklif etsələr də, Karlo Ançelotti Almaniya yığmasının üzvünü buraxmadı.
Luka Modriç: "Real" satmadı.
Mesut Özil: "Arsenal"a keçdi.
Uesli Sneyder: "Mançester Yunayted" transferin son günlərində holland oyunçunu istəsə də, "Qalatasaray" satmadı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər