I divizionda VIII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Mərkəzi qarşılmaşda "Neftçala" "Qaradağ Lökbatan"ın qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu "Neftçala"nın cari mövsümdə ilk məğlubiyyəti olub.
"Bakı" "Ağsu"nun qonağı olub. Ötən mövsümün sonunda Premyer Liqanı tərk edən paytaхt klubu səfərdə darmadağına üzülüb - 0:3.
Debütant "Zaqatala" evdə "Göyzən"i 4:1 hesabı ilə yenib. "Turan Tovuz" - "Şərurspor" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
Qalan 3 oyun bu gün baş tutub. "Şəmkir" "Energetik"i 3:0 hesabı ilə darmadağın edib. "Bakılı" MOİK-ə 2:1 hesabı ilə qalib gəlib. "Şahdağ" - "Mil-Muğan" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
I divizion
2015/16 mövsümü
I dövrə, VIII tur
5 noyabr
Turan Tovuz - Şərurspor 1:1
Qollar: Tuqay Alhüseynli, 10 - Elmin Ağayev, 47.
Qaradağ Lökbatan - Neftçala 3:1
Qollar: Rüfət Məmmədov, 3. Əliqulu Mənəfov, 76; 82 - David Canelidze, 25.
Zaqatala - Göyəzən 4:1
Qollar: Elvin Nəsibov, 7. Elçin Süleymanov, 30. Oruc Balaşlı, 48. Asim Babazadə, 74 - Vüsal İbrahimov, 64.
Ağsu - Bakı 3:0
Qollar: Elnur Səmədov, 4. Əli Bağırov, 78. Coşqun Süleymanov, 81.
6 noyabr
MOİK - Bakılı 1:2
Qollar: Röyal Nəcəfov, 49 - Ramil Həşimzadə, 11-pen. Ülvi Quliyev, 67-pen.
Şəmkir - Energetik 3:0
Qollar: Qərib İbrahimov, 30; 54. Əziz Hüseynov, 63.
Şahdağ - Mil-Muğan 1:1
Qollar: Osman Osmanov, 19 - Səccad Kerman, 69.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 8 | 8 | 0 | 0 | 28:5 | 21 | |
| 2 | Şəmkir | 8 | 6 | 2 | 0 | 12:1 | 20 | |
| 3 | Qaradağ L | 8 | 6 | 1 | 1 | 19:7 | 19 | |
| 4 | Ağsu | 8 | 5 | 2 | 1 | 16:4 | 17 | |
| 5 | Bakı | 8 | 5 | 1 | 2 | 12:8 | 16 | |
| 6 | Bakılı | 8 | 4 | 1 | 3 | 15:15 | 13 | |
| 7 | Turan T | 8 | 3 | 3 | 2 | 11:9 | 12 | |
| 8 | Zaqatala | 8 | 2 | 3 | 3 | 10:11 | 9 | |
| 9 | Şərurspor | 8 | 2 | 2 | 4 | 16:11 | 8 | |
| 10 | MOİK | 8 | 2 | 2 | 4 | 9:10 | 8 | |
| 11 | Mil-Muğan | 8 | 0 | 6 | 2 | 6:8 | 6 | |
| 12 | Göyəzən | 8 | 1 | 0 | 7 | 5:20 | 3 | |
| 13 | Şahdağ | 8 | 0 | 2 | 6 | 5:17 | 2 | |
| 14 | Energetik | 8 | 0 | 1 | 7 | 4:42 | 1 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 11. Rəhman Musayev (Şərurspor) - 10. | |||||||
Fanat.az