Bu gün "Rəvan"ının yeni məşqçi korpusu ilə komanda üzvləri arasında tanışlıq xarakterli görüş olub. Fanat.az xəbər verir ki, klubun Qaraçuxur qəsəbəsində yerləşən bazasında baş tutan görüşdə vitse-prezidenti İlqar Axundov əsas komandanın çalışdırıcı Emin Quliyevi və onun köməkçiləri - Rövşən Babayevlə Rauf Mehdiyevi kollektivə təqdim edib.
Klub rəhbərliyi, texniki və inzibati heyətin iştirak etdiyi toplantıda yaxın 3 gün ərzində görüləcək işlərdən də söz açılıb. İlqar Axundov işlərin intensivləşməsi üçün müvafiq tapşırıqlar verib.
Fanat.az