"Rəvan" yığma komandaların oyunlarına görə Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, Bakı klubunun rəqibi I divizion təmsilçisi "Şahdağ” olacaq.
Oyun sentyabrın 7-də "Bayıl Arena"da keçiriləcək və saat 18.00-da başlayacaq. Qarşılaşma hazırlıq mərhələsinin bir hissəsi olduğundan baş məşqçi Vladislav Qədirov bu görüşdə bütün futbolçulara şans vermək niyyətindədi.
Fanat.az