"Rəvan" Gürcüstana gedir?

"Rəvan" Gürcüstana gedir?
"Rəvan" Premyer Liqada yaranacaq fasilədən maksimum yararlanmaq istəyir. Klubdan Fanat.az-a verilən məlumata görə, komanda fasilə dövründə Gürcüstana səfər edə bilər.
Rəhbərlik qonşu ölkədə yoхlama oyunu keçirmək üçün 2-3 rəqib tapsa, səfər baş tutacaq. Bir həftə keçirilməsi gözlənilən təlim-məşq toplanışında məşqçilər korpusu komandanın əskiklərini aradan qaldırmağa çalışacaq.
Qeyd edək ki, Premyer Liqada III turun oyunları avqustun 24-də başa çatacaq və IV tura sentyabrın 12-də keçiriləcək. AVRO-2014-ün seçmə mərhələsi çərçivəsində Xorvatiya və Malta milliləri ilə qarşılaşacaq millimiz bu müddətdə (avqustun 24-dən sentyabrın 7-dək) təlim-məşq toplanışı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər