Maliyyə böhranına düşən klublarımızdan biri olan "Rəvan" çətin günlər yaşayır. Fanat.az-ın əldə etdiyi məlumata görə, artıq klub böyük ölçüdə dağılıb.
Belə ki, bütün futbolçular komandanı tərka edib. Onlardan bəziləri artıq yeni klub tapıb, qalanları isə aхtarışdadı.
Əldə etdiyimiz məlumata görə, rəhbərlik klubun dağıldığını elan etmək üçün UEFA Gənclər Liqasının bitməsini gözləyir. Belə ki, Azərbaycan çempionu olan "Rəvan" U19 komandası ölkəmizi bu turnirdə təmsil edəcək. Klub dağılacağı halda isə bu mümkün olmayacaq.
Məlumatda bildirilir ki, "Rəvan"ın dağılmasının Gənclər Liqasından sonra elan olunması gözlənilir. Amma komanda yaşaya və gələn mövsüm I divizionda çıхış edə bilər. Bu baş versə, "Rəvan" I diviziona U-19 komandası ilə qatılacaq.
Fanat.az