"Rəvan" Buteninlə bağlı nə vaxt qərar verəcək?

"Rəvan" Buteninlə bağlı nə vaxt qərar verəcək?
Topaz Premyer Liqasının III turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Rəvan" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən "Bayıl Arena"da baş tutan məşq prosesində 23 futbolçu iştirak edib.
 
Yeri gəlmişkən, hazırkı durumu məşqçilər korpusunu qane etməyən Mindauqas Kalonas komandadan göndərilib. Əvəzində, ukraynalı müdafiəçi Artyom Butenin baş məşqçi Emin Quliyevin etimadını qazanmağa çalışır. 26 yaşlı futbolçu barədə yaxın günlərdə yekun qərar veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər