"Qardaşlar"ın duelində yeni səhifə

"Qardaşlar"ın duelində yeni səhifə
"İnter" - "Simurq" qarşılaşmalarında yeni səhifə açılıb. Fanat.az xəbər verir ki, Zaqatala klubu "böyük qardaşı"ndan ilk dəfə səfərdə xal alıb və bu komanda üzərində tarixinin ikinci qələbəsini qazanıb.
"İnter"lə "Simurq" indiyədək 16 dəfə qarşılaşmışdı. Bu oyunlardan 13-də "İnter", 2-də "Simurq" qələbə qazanmış və 1 matç sülhlə bitmişdi. Zaqatala klubu "böyük qardaşı"nı ilk dəfə ötən ilin 24 noyabrında evdə yenmişdi. Bu komandalar arasında bu ilin 14 mayında Zaqatalada baş tutan oyunda da meydan sahibləri qələbə qazanmışdı.
"Simurq" bu günədək nəyinki səfərdə "İnter"i yenə bilməmiş, heç xal da qazana bilməmişdi. Zaqatala klubu "Şəfa"da baş tutan oyunda 261 hesablı qələbə qazanmaqla "bankirlər"in 8 oyunluq qələbə seriyasına son qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər