"Panatinaikos"u da keçməyə çalışacağıq"

"Panatinaikos"u da keçməyə çalışacağıq"
AZAL-la oyun “Qəbələ”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, yay fasiləsində komandaya cəlb olunan gənc müdafiəçi komandada rəsmi debütünü gercəkləşdirib.
Məhəmməd yay transferləri arasında debüt edən sonuncu futbolçu olub. Halbuki, digər yeni futbolçular Avropa Liqasının təsnifat mərhələsi oyunlarında meydana çıxmışdılar.
Mirzəbəyov debütü ilə bağlı "Qəbələ İK" qəzetinə danışıb: “Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də, öz vaxtımı gözləyirdim. Əsas olan komandamızın uğurlu çıxışıdı ki, bunu Avropa Liqasında göstəririk. Ən vacibi komandamızın bu oyunda qalib gəlməyidi. Nəticə olanda, debüt ikinci plana keçir. Məni sevindirən odu ki, debütüm “Qəbələ”nin çempionatda ilk qələbə qazandığı oyunda baş tutdu. Məncə, ilk oyunum normal alındı. Komandamızın qələbəsi və qapısının toxunulmazlığı üçün çalışdım. Buna nail olduğumuza görə şadam”.
Mirzəbəyov “Panatinaikos”la oyunöncəsi komandamızın şanslarını da dəyərləndirib: “Sözsüz ki, Afina klubu güclü rəqibdi. Avropada tanınmış komandadı, avrokuboklarda çox çıxış edib. Ancaq buna baxmayaraq, qrupa düşmək şansımız var və əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. “Qəbələ”nin heyətində Avropa Liqasında bu matçlarda debüt etmək istərdim. Baş məşqçi şans versə, etimadı doğrutlmaq üçün əlimdən gələni edəcəyəm. İstənilən halda, önəmli olan komandamızın cütün qalibi olmasıdı”.
“Qəbələ”yə gələnədək ölkəmizdə “Sumqayıt”, “İnter”də çıxış etmiş 25 yaşlı müdafiəçi komandaya keçdiyinə görə çox şaddı: “Çox gözəl infrastrukturu olan klubda yer almışam. Burada futbolçu üçün hər bir şərait yaradılıb. “İnter”də və “Qəbələ” də taktika fərqli olduğundan, cinah müdafiəçilərinin üzərinə düşən vəzifələr ayrı-ayrıdı. Mən də buna öyrəşməli oluram. “Qəbələ”nin əvvəlki illərdə də böyük potensialı vardı. Artıq bu, beynəlxaq miqyasda nəticə verir və komanda avrokuboklarda da öz sözünü deyir. Yeni mövsümdə çempionatda, kubokda da uğurlu çıxış edərək, yüksək vəzifələri yerinə yetirməyə çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər