I divizionun çempionu “Neftçala”nın baş məşqçisi Kamal Quliyevin yeni köməkçisinin adı məlum olub. Fanat.az xəbər verir ki, komandanın kapitanı Musa Rəhimov növbəti mövsümdən oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
O, həm meydanda komandanın kapitanı olacaq, həm də məşqlərdə baş məşqçiyə kömək edəcək. Beləliklə, Rəhimov özünü həm də məşqçi kimi sınayacaq.//AzərTAc
Fanat.az