"Jurnalistləri bayram münasibətilə təbrik edirəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransı təşkil edən gürcü mütəxəssis oyunla bağlı fikirlərini açıqlayıb: "Matça adi qaydada hazırlaşırıq. Heyətdə zədəli futbolçumuz yoxdu. Çətin görüş olacaq. Səhv etməyəcəyimizə zəmanət verə bilmərəm. Çünki bu, futboldu. Albaniya "Laçi"si ilə oyunlarda qol vəziyyətlərindən yararlanmaqla bağlı problem var idi. Biz bunun üzərində çalışmışıq. İnkişaf hiss olunur".
Svanadze müdafiədə oturmayacaqlarını deyib: "Biz müdafiəyə çəkilməyəcəyik. Çünki belədə çətinliklə üzləşə bilərik. Çalışacağıq komanda öz oyununu oynasın".
Fanat.az