"Məni ölümlə hədələyirlər" -VİDEO

"Məni ölümlə hədələyirlər" -VİDEO
Braziliyanın D Seriyasında "Aparekidenke" və "Tupi" komandaları arasında keçirilən play-off matçında baş vermiş maraqlı hadisə barədə xəbər vermişdik. Belə ki, hesab 2:2 olarkən "Aparekidenke"nin masajisti qapı xəttinə gəlmiş və "Tupi"nin qapıya gedən iki zərbəsinin qarşısını alaraq qola imkan verməmişdi. 
Fanat.az xəbər verir ki, masajist Ramildo Fonseka olayla bağlı açıqlama verib. O, öülmlə təhdid edildiyini bildirib: "Evimə zəng edib, ailəmi hədələyirlər. Mənim burdan sağ çıxmayacağımı deyilərlər. Həyat yoldaşım və uşaqlarım mənim üçün narahatdı. Etdiyim hərəkətə görə peşiman deyiləm. Amma baş verənlərə görə üzr istəyirəm. Hər halda bir daha belə hərəkət etmərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər