"Vilyarreal"ın baş məşqçisi Marselino Qarsiya Toral "Real"ın Məsut Özili satmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, ispan məşqçi "Real"ın Özilin yoxluğunu hiss edəcəyini deyib:
"Real"ın Özili niyə görə satdığını anlamıram. Qarşısına yüksək hədəflər qoyan komanda öz mövqeyində dünyanın ən yaxşı futbolçulardan birini satanda, bunu anlamaq çox çətin olur. Cəmi 24 yaşı var idi. "Real" onun yoxluğunu hələ hiss edəcək. İsko çox yaxşı futbolçudu, lakin Özil kimi deyil. Onlar fərqli futbolçulardı, bir-birini əla tamamlamış olardılar. Mən heç vaxt Özili satmazdım".
Fanat.az