DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, millimizin meydana çıxmadığı gündə F qrupunda iki matç baş tutub.
Rusiya doğma meydanda İsraili sınağa çəkib. Şimal qonşularımız 3:1 hesablı qələbə ilə dünya çempionatına getmək şanslarını artırıblar. Lüksemburq isə evdə Şimali İrlandiyanı 3:2 hesabı ilə yenib. Bununla da "cırtdan ölkə" yığması millimizi geridə qoyub.
DÇ-2014
Seçmə mərhələ
F qrupu
10 sentyabr
F qrupu
Rusiya - İsrail 3:1
Qollar: Vasili Berezutski, 50. Aleksandr Kokorin, 52. Denis Qluşakov, 74 - Eran Zahavi, 90.
Lüksemburq - Şimali İrlandiya 3:2
Qollar: Aurelien Yoaçim, 45. Stefano Bensi, 78ö Matias Yanisç, 87 - Martin Paterson, 14. Qaret Makauley, 82.
| 1 | Rusiya | 8 | 6 | 0 | 2 | 15-4 | 18 |
| 2 | Portuqaliya | 8 | 5 | 2 | 1 | 16-8 | 17 |
| 3 | İsrail | 8 | 3 | 3 | 2 | 17-12 | 12 |
| 4 | Şimali İrlandiya | 8 | 1 | 3 | 4 | 8-14 | 6 |
| 5 | Lüksemburq | 8 | 1 | 3 | 4 | 7-19 | 6 |
| 6 | Azərbaycan | 8 | 0 | 5 | 3 | 4-10 | 5 |
Fanat.az