"Böyük hesabla uduza bilərdik" - Adil Şükürov

"Böyük hesabla uduza bilərdik" - Adil Şükürov

"Bu oyunda komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyədə Gürcüstanın "Şukura" klubu ilə yoxlama oyunu keçirən (0:0) "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.

Baş məşqçi nəticənin önəmli omadığını bildirib: "Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdi. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə görüləcək işlər çoxdu. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər