"Baku United"in oyunçusu millimizə qarşı

"Baku United"in oyunçusu millimizə qarşı

Milli komandamızla iki yoldaşlıq oyunu keçirəcək futzal üzrə Portuqaliya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, rəqibin heyətinə 14 futzalçı cəlb olunub.

Millimizlə oyuna ən çox "Sportinq"dən oyunçu çağılırıb - 6. "Benfika"dan 3, "Rio Ave", İspaniyanın "İnter Movistar", İtaliyanın "Luparense" və Macarıstanın "Raba ETO Qyor" klublarından isə bir futzalçı dəvət alıb. Daha bir oyunçu isə İngiltərə çempionu olan "Baku United"in üzvüdü - Arnaldo Pereyra.

 

Kriştiano, Joao Benedito, Co, Paulinyo, Pedro Kari, Joao Matos (hamısı "Sportinq"), Bruno Koelyo, Rikardo Fernandes, Joel Queiros (hamısı "Benfika"), Fabinyo (Rio Ave), Arnaldo Pereyra (Baku United, İngiltərə), Rikardinyo (İnter Movistar, İspaniya), Marinyo (Luparense, İtaliya), Fabio Aquyar (Raba ETO Qyor, Macarıstan).

Qeyd edək ki, Portuqaliya və Azərbaycan yığmaları sentyabrın 17-18-də iki oyun keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər