"‎Baku United" Ingiltərədə tarix yazdı- UĞUR

"‎Baku United" Ingiltərədə tarix yazdı- UĞUR
Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsis etdiyi "Baku United" futzal klubu avqustun 31-də Polşada UEFA Futzal Kubokunun təsnifat mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda sonuncu oyununu keçirib. Fanat.az xəbər verir ki, bakılıların rəqibi meydan sahibi "Visla" olub. Hər iki komanda birinci oyunlarında qalib gəlmişdi. Bu üzdən oyunun qalibi birbaşa UEFA kubokunun əsas mərhələsinə çıxacaqdı.
Oyundan öncə "Visla"nın məşqçilər korpusu və oyunçuları Polşa mətbuatına oyunla bağlı bir sıra kəskin və iddialı bəyanatlar verməsi diqqətdən yanınmamışdı. Oyunun keçirildiyi arena isə "Visla"nın çılğın fanatları tərəfindən doldurulmuşdu.
Gərgin şəraitə baxmayaraq, Azərbaycan paytaxtının adının daşıyan İngiltərə çempionu rəqibi 7:0 hesabı ilə darmadağın edib. Oyunun əsas qəhrəmanları isə hərəyə 2 qol vuran Marcelo və Arnaldo olub. 
1-ci hissə olduqca gəgrin mübarizə şəraitində keçib. Komandalar açıq futbol göstərsələr də, ilk yarıda yalnız bir qol vurulub, onu da Vislanın qapısından "Baku United"in veteran oyunçusu Marcelo keçirib. Lakin 2-ci hissədə polşalılar Baku Unitedin təklif etdiyi oyun tempinə uyğunlaşa bilməyiblər və bakılılar rəqib qapısından daha 6 cavabsız top keçirərək 0-7 hesabı ilə qələbə qazanıblar. 
Beləliklə, "Baku United" İngiltərənin futzal tarixində ilk dəfə olaraq UEFA Futzal Kubokunun əsas mərhələsinə çıxıb. Bununla əlaqədar İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi "Baku United"in prezidenti və "Odlar Yurdu"nun sədri İlham Nağıyevi təbrik edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər