PSJ-də forma geyən Zlatan İbrahimoviç karyerası haqda açıqlama verib. Fanat.az xəbər verir ki, isveçli futbolçu karyerısını hələ ki, Parisdə davam etdirmək niyyətindədi.
31 yaşlı futbolçu keçirdiyi mətbuat konfransında bunları dilə gətirib: "Bu yay PSJ-dən ayrılmayacağımı bilirdim. Klub mənimlə çox maraqlanır, qeydimə qalır. Təbii ki, nə olacağını əvvəlcədən təxmin etmək olmur, amma heç bir zaman PSJ-dən ayrılmağı düşünmədim".
Qeyd edək ki, İbrahimoviç sonuncu Fransa çempionu ilə 2015-ci ilə qədər müqaviləsi var.
Fanat.az