Avropa mətbuatı Mesut Özilin "Real"dan "Arsenal"a keçməsi ilə bağlı maraqlı məlumatlar yayıb. Fanat.az xəbər verir ki, İspaniyanın "Barsa" qəzeti ulduz futbolçunu İngiltərəyə atasının istəyi ilə yollandığını yazıb.
Məlumata görə, Özil atasının təzyiqi nəticəsində "Real"dan ayrılıb. Belə ki, ata Özil İspaniya klubunun oğlu ilə müqaviləsini yeniləməyi və maaşını artırmağı tələb edib. "Real" isə "Arsenal"ın təklif etdiyi puldan daha azını verməyə razı olub. Buna hirslənən ata Özil oğlunun İngiltərəyə getməsini tələb edib.
Mesutun ən yaxın dostlarından biri "Barsa" qəzetinə açıqlamasında onun "Real"dan ayrılmaq istəmədiyini bildirib: "Özil 3 həftə sonra peşiman olacaq, nə qədər böyük səhv etdiyini anlayacaq. Ümid edirəm ki, mən yanılaramm, amma atası bu qərarla onun karyerasını bitirəcək. Mesut "Real"da əfsanə olacaqdı, ancaq "Arsenal"da özündən aşağı səviyyəli futbolçularla məşq edəcək və oynayacaq".
Fanat.az