I divizion təmsilçisi "Ağsu"nun hazırlıqlara başlayacağı tariх müəyyənləşib. Fanat.az хəbər verir ki, bölgə klubu iyulun 19-da baş məşqçi Rüfət Quliyevin başçılığı altında Pğsu şəhər stadionunda təlim-məşq toplanışına start verəcək.
Qeyd edək ki, "Ağsu" 2014/15 mövsümü başa çatandan sonra 13 futbolçusu ilə yollarını ayırıb. Belə ki, Əli Həsənli, Sadiq Ramazanov, Elvin Cəbrayıllı, Ruslan Həsənov, Cavid Abdıyev, Təbriz Hüseynov, Elnur Soltanlı, Əbülfət Abbasov, Rəşad Piriyev, Salman İbrahimov, Elçin Həşimov, Rövşən İsmayılov və Vəzir İmanov komandanı tərk edib.
Əvəzində bölgə klubu heyətinə 4 futbolçu qatıb. Yeni mövsümdə Bəxtiyar Mehrəliyev, Davud Kərimi, Nurlan İsbəndiyarov və Əli Bağırov "Ağsu"da oynayacaq.
Fanat.az