"Astana" və "M.Y" qələbə qazandı, ÇSKA uduzdu

"Astana" və "M.Y" qələbə qazandı, ÇSKA uduzdu
Çempionlar Liqasında "pley-off" mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Günün ilk matçında "Astana" APOEL-i sınağa çəkib. Qazaхıstan klubu Cənubi Kipr təmsilçisini 1:0 hesabı ilə yenib.
"Mançester Yunayted" "Brügge"ni qəbul edib. 8-ci dəqiqədə belçikalılar rəqibin avtoqoluna sevinsə də, "Mançester Yunayted" sürprizə imkan verməyib. 3 qol vuran "qırmızı şeytanlar" qələbə qazanıb - 3:1.
ÇSKA Portuqaliya səfərindən məğlub qayıtmalı olub. Moskva klubu "Sportinq"ə 1:2 hesabı ilə yenilib.
"Böyük beşliy"in iki təmsilçisi - "Latsio" və "Bayer" Romada üz-üzə gəlib. Bir qolun vurulduğu oyunda italyanlar qələbə qazanıb - 1:0.
Qeyd edək ki, mərhələnin qalan 5 oyunu bu gün baş tutacaq.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
18 avqust
18 avqust
Astana (Qazaxıstan) - APOEL (Cənubi Kipr) 1:0
Qol: Baurxan Yolçıyev, 14.
Mançester Yunayted (İngiltərə) - Brügge (Belçika) 3:1
Qollar: Mempis Depay, 13; 43. Marouane Fellaini, 90+4 - Mixael Karrik, 8 (avtoqol).
Qırmızı vərəqə: Brandon Meşele, 80 (Brügge).
Latsio (İtaliya) - Bayer (Almaniya) 1:0
Qol: Balde Keyta, 77.
Sportinq (Portuqaliya) - ÇSKA (Rusiya) 2:1
Qollar: Teofilo Qutiyerrez, 12. İslam Slimani, 82 - Seydu Dumbia, 40.
BATE (Belarus) - Partizan (Serbiya) 1:0
Qol: Mixail Qordeyçuk, 75.
Qırmızı vərəqə: Marko Yevtoviç, 45+1 (Partizan).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər