Rusiya və Belarus arasındakı ticarət müharibəsi davam edir. Fanat.az xəbər verir ki, savaşa artıq "Anji"nin sahibi Süleyman Kərimov da qatılıb.
Belə ki, bir neçə gün əvvəl Belarusun paytaxtı Minskdə "Uralkali" şirkətinin prezidenti Vladislav Baumqertner həbs olunmuşdu. Bundan sonra iki ölkə arasında yaranan gərginlik pik həddə çatıb. Bu gün Belarus məhkəməsi "Uralkali"ın və "Anji"nin sahibi Süleyman Kərimovun həbsinə qərar verib. Səbəb kimi isə onun vəzifəsindən süi-istifadə etməsi göstərilib. Qanunlara əsasən Kərimovu 10 il həbs cəzası gözləyir.
Fanat.az