Qadın velosipedçimiz "Giro d`Italia"da mübarizəyə başlayır

Qadın velosipedçimiz "Giro d`Italia"da mübarizəyə başlayır
Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, "Bakı-2015" I Avropa Oyunlarının fərdi ötüşmə yarışında 6-cı yeri tutmuş Yelena Pavluxina bu gün daha bir önəmli yarışda mübarizəyə başlayıb.
Fanat.az xəbər verir ki, Sloveniyanın "Lyublyana" klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu "Giro d`Italia" yarışında iştirak edəcək.
Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 km məsafə qət edəcək. Nüfuzlu yarışın 2 km-dən ibarət başlanğıc hissəsi bu gün Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər