Prokurorluq 4 klub prezidentinə sorğu göndərdi

Prokurorluq 4 klub prezidentinə sorğu göndərdi

Jurnalist Rasim Əliyevin ölümünə görə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi 4 futbol klubuna sorğu göndərib. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, klublara göndərilən sorğuda məlum hadisəyə görə tutulan sabiq futbolçuların çıxış etdiyi komandalarda hansı davranışlarla yadda qaldığı öyrənilib. 

Etibarlı mənbədən verilən məlumata görə, sorğu AZAL, "Bakılı", "Turan Tovuz" və "İnter"ə göndərilib. Maraqlıdı ki, hər 4 klub rəhbəri prokurorluğa cavabında hazırda həbsdə olan futbolçuların vaxtı ilə onların komandasında çıxış edərkən, hər hansı intizamsızlığa yol vermədiyini, klubda oynadığı zaman nümunəvi davranışlarla yadda qaldığını bildirib.

Qeyd edək ki, cinayətdə adı hallanan futbolçular Kənan Mədətov "İnter", Elşən İsmayılov AZAL, Camal Məmmədov "Turan Tovuz", Samir Mustafayev isə "Bakılı"da çıxış edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər