Popoviç izlədi, Nduka oynadı

Popoviç izlədi, Nduka oynadı
Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" bu gün "Bucaspor"un qonağı olub.
Oyun Popoviçlə Ndukanın komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. "Tavşanlı Linyitspor"un baş məşqçisi Erol Tok Popoviçi ehtiyatda saxlayıb. Nduka isə start heyətində yer alıb. Futbolçumuzu 66-cı dəqiqədə İlkay Demir əvəzləyib.
Qeyd edək ki, "Tavşanlı Linyitspor" 3 turdan sonra 3 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər