Oğruların budəfəki hədəfi - Robinyo

Oğruların budəfəki hədəfi - Robinyo

“Milan”nın braziliyalı futboçusu Robinyo xoşagəlməz halla üzləşib. Fanat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “sambaçı” ulduzun evi qarət olunub.

Xanımını və uşaqlarını qarşılamaq üçün hava limanına yollanan braziliyalı futbolçu geri qayıdarkən evinin oğurlandığını görüb. Braziliyalı 30 min avroya yaxın dəyəri olan əşyaların aparıldığından xəbər tutub və polisə xəbər verib. İtaliya polisi qarəti törədənlərin axtarışındadı.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər