Neymar Amerika Kubokunda da olmayacaq - AÇIQLAMA

Neymar Amerika Kubokunda da olmayacaq - AÇIQLAMA

Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın son vəziyyəti ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, "Radio 98 FM" onun dediklərini belə çatdırıb:

"Vaxt çatmır. Hələ tezdir, lazımsız riskə getməyin mənası yoxdur. Avqustun əvvəlində bərpa prosesini geridə qoyacağını gözləyirik. 2024/2025 Avropa mövsümünün başlanğıcınadək qayıtması daha realdır. Səbirli olmalıyıq. Hər şeyin geridə qalması üçün doqquz ay lazımdır".

Neymarın avqustda yaşıl meydanlara qayıtması yayda baş tutacaq Amerika Kubokundan kənarda qalacağı anlamındadır. Sözügedən turnir 20 iyun - 14 iyul aralığında ABŞ-də keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər