Milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın “Karlsrue” klubu yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, almanlar Kazan “Rubin”iylə qarşılaşıb.
Millimizin üzvü start heyətində meydana çıxıb. Həmyerlimizin matçın gedişində əvəzləndiyi oyun 2:2 hesablı bərabərliklə nəticələnib.
Xatırladaq ki, “Karlsrue” növbəti yoxlama oyununu iyulun 15-də İsveçrə "Aarau"suna qarşı keçirəcək.
Fanat.az