Almaniyanın "Karlsrue" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası Avstriya toplanışı çərçivəsində Çex Respublikasının "Prşibram" klubu ilə qarşılaşıb.
Qarşılaşma almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Fanat.az