“Rəvan”ın kapitanı Ramazan Abbasov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini Topaz Premyer Liqasının XI turunun “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib.
2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudu.
Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudu. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.
| mövsüm | klub | oyun | qol |
| 2001/02 | Dinamo-Bakılı | 1 | 0 |
| 2003/04 | Dinamo (Bakı) | 21 | 3 |
| 2004/05 | MOİK (Bakı) | 16 | 1 |
| 2004/05 | Bakı | 13 | 1 |
| 2005/06 | MOİK (Bakı) | 13 | 5 |
| 2005/06 | Bakı | 12 | 1 |
| 2006/07 | Bakı | 24 | 1 |
| 2007/08 | Neftçi (Bakı) | 12 | 0 |
| 2008/09 | Bakı | 7 | 0 |
| 2009/10 | Xəzər Lənkəran | 9 | 0 |
| 2010/11 | Xəzər Lənkəran | 6 | 0 |
| 2010/11 | Gəncə | 4 | 0 |
| 2011/12 | Rəvan (Bakı) | 31 | 3 |
| 2012/13 | Rəvan (Bakı) | 14 | 3 |
| 2012/13 | Bakı | 7 | 0 |
| 2013/14 | Rəvan (Bakı) | 25 | 1 |
| 2014/15 | Sumqayıt | 9 | 1 |
| 2014/15 | Bakı | 16 | 0 |
| 2015/16 | Rəvan (Bakı) | 10 | 1 |
|
|
| 250 | 21 |
Fanat.az