Çimərlik futbolu üzrə Avroliqa superfinalının təqvimi bəllidi.
Fanat.Az xəbər verir ki, 6-9 sentyabr aralığında Sardiniyada baş tutacaq turnirdə Azərbaycan millisi ilk matçını İspaniyaya qarşı keçirəcək. Sentyabrın 6-da reallaşacaq görüş 18:00-da start götürəcək.
Ertəsi 16:00-da Portuqaliya önündə imtahan verəcək təmsilçimiz sentyabrın 8-də İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. Seçməmiz bu qarşılaşmaya da 16:00-da çıxacaq.
Digər qrupun tərkibi isə belədi: Rusiya, Belarus, İtaliya, Ukrayna.
Qrup qalibləri finalda üz-üzə gələcəksə, ikinci yeri tutan komandalar üçüncülük uğrunda mücadilə edəcək.
Fanat.Az