MTN-nin "Titan"ından uğurlu nəticələr- FOTOLAR

MTN-nin "Titan"ından uğurlu nəticələr- FOTOLAR
26 iyun-06 iyul tarixlərdə ABŞ-nın Verciniya ştatının Fairfaks şəhərində güc strukturlarının 5-ci ümumdünya oyunları keçirilib. 
Fanat.az xəbər verir ki, 70 ölkədən 12000 idmançı 64 növdə yarışıblar. Bu mötəbər yarışda ölkəmizi MTN-nin "Titan" idman və sağlamlıq mərkəzinin idmançıları müxtəlif döyüş növlərində təmsil etmiş və nəticələr əldə ediblər. 
Beləki Braziliya Jiu-Jitsu növündə 90 kq çəki dərəcəsində Muradxan Fərzəliyev 1-ci yerə, 85 kq dərəcəsində Toğrul Quliyev 2-ci yerə və 80 kq dərəcəsində Pərviz Ağayev 3-cü yerə layiq görülüb. Karatenin WKF növündə isə 85 kq dərəcəsin Səlim Salmanov və 75 kq dərəcəsində Mais Hacımuradov 1-ci yerləri tutmuşlar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər