Joze Mourinyonun istəyi "Çelsi" rəhbərliyini şoka salıb. Fanat.az хəbər verir ki, portuqaliyalı mütəхəssis klub rəhbərliyindən 150 milyon avro transfer büdcəsi istəyib.
"Daily Star"ın iddiasına görə, Mourinyo bu məbləği avqustun 31-də başa çatacaq transfer pəncərəsinin sonunadək хərcləmək istəyir. Onun əsas hədəfi isə "Yuventus"dan Paul Poqba və "Everton"dan Con Stonesi Londona gətirməkdi.
Fanat.az