Türkiyənin 2-ci liqasında 2013/14 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Timur Temeltaşın çıxış etdiyi "Altınordu" ilk matçda "Tepecikspor"un qonağı olub.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Altınordu"nun baş məşqçisi Sadık Gündoğdu Timura start heyətində yer verib. 88 dəqiqə meydanda olan futbolçumuz Engin Güngör tərəfindən əvəzlənib. Temeltaş 39-cu dəqiqədə sarı vərəqə alıb.
Fanat.az