TTNET 44-cü TSYD (Türk Spor Yazarları Dərnəyi) Dostluk Kubokuna start verilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Timur Temeltaşın çıxış etdiyi "Altınordu" "Aydınspor 1923"lə qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və qalib penalti seriyasında müəyyənləşib. "Aydınspor 1923" daha dəqiq oynayaraq 6:4 hesablı qələbə qazanıb.
Timur Temeltaş meydana start heyətində çıxıb. Millimizin üzvünü 84-cü dəqiqədə Doğan Karakuş əvəzləyib.
Fanat.az