Millimizin üzvü Almaniyada bir хala sevindi

Millimizin üzvü Almaniyada bir хala sevindi

Almaniyanın II Bunsdesliqasında XXVI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Kayzerslautern"i qəbul edib.

Oyun 0:0 hesabı ilə başa çatıb. Nazarov start heyətində yer almasa da, 41-ci dəqiqədə zədələnən Qaytan Krebsi əvəzləyib.

Qeyd edək ki, "Karlsruher" 26 turdan sonra 44 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər